İsfar Sarabski üçlüyü məşhur Paris “Saint-Germain-des-Prés” caz festivalına başçılıq edir.
Oxu.Az AzərTac-a istinadla xəbər verir ki, ötən ilin dekabrında “Duc des Lombards” klubunda öz uğurlu konsert proqramından altı ay sonra, mayın 16-da İsfar Sarabski üçlüyü “Saint-Germain-des-Prés” məşhur caz festivalı çərçivəsində Paris auditoriyası qarşısında çıxış edib.
Artıq 14-cü dəfə təşkil olunan bu festival Paris caz təqviminin əsas anlarından biridir. Bu festivalın auditoriyasını tənqidçilər, musiqiçilər və pərəstişkarlar təşkil edirlər. Əksəriyyəti İ.Sarabskinin özü tərəfindən yazılmış caz kompozisiyalarının zəngin qarışığının ifası Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən dəstəklənib.
Konsert əsas məramı mədəni mübadilə və mədəni müxtəlifliyin saxlanılmasından ibarət olan “Maison des Cultures du Monde” Mədəni Mərkəzində təşkil edilib.
19 yaşında olarkən, 2009-cu ildə İsveçrənin Montre şəhərində keçirilən beynəlxalq caz festivalında fortepianoda solo ifasına görə mükafat da daxil olmaqla, son zamanlar İ.Sarabski bir çox mükafatlara layiq görülüb. O, həmçinin Azərbaycan Respublikasının Əməkdar Artisti adına layiq görülüb. Makar Novikov (bas) və Aleksandr Meşin (nağara) ilə standart trioda çıxış edən İ.Sarabski Azərbaycanın ənənəvi musiqisi olan muğamla post-bop caz üslubunu qarışığını ifa edir.
Tempi Aleksandr Meşinin nağaralarda ifasından götürən İ.Sarabskinin çıxışı öz “Déjà vu”suna nağıl nəğməsi ilə daxil olmaqdan başlayıb. Həmin trio bir neçə ildir ki, birlikdə çalışır. Bu, İ.Sarabski və innovasiyanı sevən Aleksandr Meşinin öz aralarında olan sıx əlaqəli ifasını dinləyəndə aydın olur.
Baletin sehrli aspektlərinə istinad edən müqəddimə solosundan sonra İ.Sarabskinin növbəti solosu Pyotr Çaykovskisinin “Qu quşu gölü” baletindən gənc qu quşlarının rəqsinə öz keçidini davam etdirib. Bu anı başlanğıc kimi qəbul edən və tamaşaçıların heyranlıqları ilə qızışdırılan İ.Sarabski tədricən tempi yeniləşdirərək, emosional tərzdə improvizasiya etməyə başlayıb. Həmin an onun barmaqlarını isə heç görmək belə mümkün olmayıb.
İ.Sarabskinin ifası auditoriyanı zəngin improvizasiyası ilə heyrətləndirən və orqanla müşayiət edilən BFG (Beks Ferris Goubert) məşhur fransız triosunun çıxışı ilə davam edib.
Ölkəmizdə caz musiqisinin məşhurluğunun saxlamasının əsas səbəblərindən biri onun improvizasiya olunan xarakterində Azərbaycan muğamı ilə bəzi ümumi xüsusiyyətlərin olmasıdır.