Sentyabrın 12-dən 22-dək Heydər Əliyev parkında yeni dərs ilinin başlanması ilə əlaqədar “Kitab bayramı - 2017” adlı sərgi-yarmarka keçiriləcək.
Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirin açılış mərasimində ölkənin tanınmış ədəbi, ictimai-siyasi xadimlərinin iştirakı planlaşdırılır.
Sərgi-yarmarka açılış günü istisna olmaqla, digər günlərdə saat 09:00-dan 19:00-dək ziyarətçilərini qəbul edəcək.
A.S.
www.oxu.az