Sizi Konül Xasıyevavnın konsert verəcəyi barədə məlumatlandırmışdıq.
Oxu.Az xəbər verir ki, dünən Heydər Əliyev adına Respublika Sarayında əməkdar artist Könül Xasıyevanın “Qayıt, nə olar” adlı konserti keçirilib.
Konsert Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədovun qızının anım mərasimi üçün təşkil edilib. Lakin konsertdə iştirak edənlərin əksəriyyəti bunun Sunayın xatirəsinə həsr olunduğundan xəbərsiz olub. Çünki hamı bu konsertin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təşkil olunduğunu düşünürdü.
Qeyd edək ki, vitse-prezidentin qızı 13 yaşlı Sunay Məmmədova bu ilin aprel ayında paytaxtın 28 May küçəsində yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən yıxılaraq həyatını itirib.
Sunay Məmmədova həm də musiqi həvəskarı olub, o peşəkar səviyyədə bu işlə məşğul olurmuş.
Konsertdə xalq artisti Arif Babayev, qoşa nağara ifaçısı, xalq artisti Sadıq Zərbəliyev, skripkaçı Səlim də iştirak edib.
Bu gün də Heydər Əliyev Sarayında konsertin ikinci günü baş tutacaq.
Aytən Sadıqzadə