SSSRİ xalq artisti Lev Durov ağır vəziyyətdə Moskva xəstəxanalarının birinə yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” tibb dairələrində mənbəyə istinadla məlumat yayıb.
“O bu gün (dünən – red.) Lenin prospektindəki bir nömrəli xəstəxanaya yerləşdirilib”, - o deyib.
Durov 1931-ci ildə anadan olub. Moskva Bədii Akademik (MXAT) Teatrının məktəbini bitirəndən sonra o, Mərkəzi uşaq teatrında, daha sonra isə Lenin komsomolu adına teatrda işləyib. 1967-ci ildən etibarən Durov Moskvanın Maloy Bronnoydakı teatrında çalışır.
www.oxu.az