Müğənni Əmrahın İstanbulda olduğu gün Bodrumdakı malikanəsində bəzi qonşuları tərəfindən həyat yoldaşına və ailəsinə bıçaqla hücumda edilib.
Oxu.Az Türkiyə mediasına istinadla xəbər verir ki, yaşanan hadisə məhkəmədə araşdırılır. Əmrah isə problemi həll etmək üçün maraqlı bir üsula əl atıb.
O, həmin ərazidə yerləşən öz villası xaricində qalan 26 villanı sahiblərindən satın almaq qərarını verib. Bunun üçün iş adamı dostundan kömək istəyən sənətçi, daşınmaz əmlak məsləhətçilərinə təlimat verərək “Dəyəri nə olursa olsun, satın alın” deyib.
Aytən Sadıqzadə
www.oxu.az