Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Maşa və Ayı” Bakıya gəlir – Foto
Gürcüstanın “Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşasının “Maşa və Ayının Şərqdə Yeni il sərgüzəştləri” adlı yeni seriyası ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Akademik Milli Dram Teatrından verilən məlumata görə, teatrın Bakıya növbəti qastrol səfəri Yeni il ərəfəsində reallaşacaq.
Tamaşa dekabrın 27-dən yanvarın 4-dək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında oynanılacaq.
“Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Tamaşa Azərbaycan tamaşaçıları üçün “Maşa və Ayı” cizgi filmi və Şərq nağıllarının motivləri əsasında hazırlanıb.
Səhnə əsəri iki variantda - Azərbaycan və rus dillərində hazırlanacaq. Gürcü rejissoru Qoça Kviçiani tərəfindən hazırlanan tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcək.
"Bakı" teqi üzrə xəbərlər
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət