Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı: kamilliyin həddi yoxdur
Bakı dünyanın ən mehriban şəhəri kimi ilk yeri tuta bilər. Bizim şəhərdə insan tək qalmaz, ona daim yardım edərlər. Əgər kimsə ictimai nəqliyyatda yaxud da küçədə özünü pis hiss edərsə, ona kömək edəcəklər. Məsələn, müqayisə üçün, qonşu Rusiyada küçədə kimsə yıxılsa, heç kim ona yaxınlaşmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Exo” ilə söhbətdə tanınmış azərbaycanlı yazıçı-fantast Aleksandr Hakimov bildirib.
“Burada insanlar daha mehribandırlar və biz indiyədək bu mehribançılığı saxlayırıq. Bundan başqa, bizim xüsusi mentalitetimiz və tərbiyəmiz var. Bizim təbəssümümüzdə saxtalıq yoxdur, dostluğumuz isə sadəcə görüntü üçün deyil”, – deyə, o bildirib.
Bu arada bir müddət əvvəl ekspertlər dünyanın ən mehriban şəhərlərinin adlarını açıqlayıblar. Turistlərə qarşı mehriban münasibətə görə reytinqdə ilk yeri Sidney (Avstraliya), ikinci yeri Toronto (Kanada) tutublar. Sidney dünyanın ən mehriban şəhəri adlandırılıb: ən qonaqpərvər və turistlərə qarşı ən mehriban insanlar məhz burada yaşayırlar, sosioloqlar deyirlər. Bunu Anholt-GFK City Brands Index-in iki illik araşdırmasının nəticələri göstərir. Nəticələr The Local mətbu orqanında yerləşdirilib.
Öz növbəsində müstəqil ekspert Oqtay Haqverdiyev iqtisadi göstəricilərə diqqət yetirib.
“Şəhəri qiymətləndirərkən mənzil və sosial infrastrukturun əlçatan olmasına diqqət yetirirlər, çünki bu gün dünyanın istənilən şəhərində xəstəxanalar, poliklinikalar, məktəblər və sair var. Lakin onların əhali üçün əlçatan olması sual altındadır. Bəli, bizdə poliklinika, məktəblər var, lakin onlar bahalı və yalnız imkanları olanlar üçün əlçatandırlar. Buna görə də, bu göstəriciləri nəzərə alaraq, şəhərimiz belə reytinqdə yüksək yer tuta bilməzdi”, - deyə, ekspert hesab edir.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva qeyd edib ki, bu, tamamilə subyektiv məsələdir, çünki hər kəs ona istədiyi kimi cavab verə bilər:
“Peşəkarlar şəhəri bir cürə, öz şəhərini sevən vətəndaşlar isə başqa cürə qiymətləndirə, tərifləyə və tənqid edə bilərlər. Bakı Şərq və Qərbin elementlərini özündə birləşdirir, bütün qonaqlar şəhərin gözəlliyi və qeyri-adiliyini qeyd edirlər. İstərdik ki, şəhərdə hər şey daha da yaxşılaşsın, axı kamilliyin həddi yoxdur”.
"Avstraliya" teqi üzrə xəbərlər
- Timsahlar Olimpiada yarışlarına mane ola bilər
- ABŞ və Avstraliya kəşfiyyatı Kennediyə qarşı sui-qəsdlə bağlı faktları gizlətməyə çalışıb
- Avstraliyada çimərlikdə müəmmalı köpük 100-dən çox insanın xəstələnməsinə səbəb oldu
- Avstraliyalı dünya çempionunun onurğası Gürcüstanda keçirilən yarış zamanı sınıb
- Avstraliyada uşaqlar ilandan oyun üçün istifadə ediblər