Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Milli Məclisdə polemika: "Hökumətə nə olub ki, abidələr biznesmenlərə verilsin?"
"Bu abidələr pasportlaşdırılırsa, onun sonrakı aqibəti nə olacaq?"
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Səyyad Salahlı "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanunun müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, abidələrin bir çoxu uçub-dağılır:
"Həmin abidələrdən gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar. Məsələ qaldırırıqsa, bunun sonrakı halını da düşünməliyik".
MM spikeri Sahibə Qafarova isə deputata etiraz edib:
"Abidələrin hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, bunlar biznesmenlərə verilsin? Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır, siz nə danışırsınız?"
Mərahim Nəsib