Mayın 18-də “18 May-Beynəlxalq Muzeylər Günü” münasibəti ilə respublika muzeylərində “Açıq qapı” günü elan edilib.
Oxu.Az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, mayın 17-də Qala Qoruğu Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Muzeylər gecəsi” aksiyası olacaq.
Aksiya çərçivəsində bir günlük bütün muzeylərin iş vaxtı səhər saat 10.00-dan, gecə saat 01.00-dək uzadılacaq.
Bundan əlavə, qoruğun sahəsi üzrə müxtəlif muzeylərin səyyar sərgilərinin təqdimatı olacaq.
Bakı və digər region muzeylərinin iştirakı ilə geniş, bədii, musiqili, əyləncəli tədbirlər keçiriləcək.