Gürcüstanın paytaxtı Tbilisidə “Nargis” jurnalının Gürcüstan versiyasının təqdimatı keçirilib.
Oxu.Az xəbər verir ki, təqdimatda “Nargis Magazine Georgia”-nın baş redaktoru Tako Çxeidzə təyin olunub.
Təqdimat mərasimində “Nargis” jurnalının Azərbaycan versiyasının baş redaktoru Ülviyyə Rəhmanova və jurnalın direktoru Könül Nağıyeva və Gürcüstanın görkəmli ictimai və mədəniyyət xadimləri iştirak edib.
Jurnalın ilk buraxılışının üz qabığında Gürcüstanın birinci xanımı Maka Çiçua görünüb.
E.Ə.
www.oxu.az