22-24 may tarixlərində Naxçıvanın bütün ərazisini əhatə edən fotolardan ibarət sərgi keçiriləcək.
Oxu.Az xəbər verir ki, Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonu – “Qalereya-1969”da keçiriləcək sərgidə tanınmış fotoqraf Hüseyn Bağırovun fotoları təqdim olunacaq.
“Mynakhchivan” adlanan fotosərgidə Naxçıvanın dörd fəslini xarakterizə edən videoçarxın təqdimatı baş tutacaq.
Qeyd edək ki, bütün çəkilişlər bir ay ərzində reallaşıb.
Pərviz Hüseyn
www.oxu.az