Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva libretto yazıb.
Oxu.Az xəbər verir ki, AzVision.az-ın məlumatına görə, professor librettonu Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operası üçün qələmə alıb.
Librettosu professor Nərgiz Paşayevaya məxsus olan operanın nümayişi “20 Yanvar” faciəsinin 25-ci ildönümünə həsr edilən tədbirlər çərçivəsində baş tutacaq.
“İntizar” operası yanvarın 17-də Akademik Opera və Balet Teatrında nümayiş olunacaq.
E.Ə.
www.oxu.az