YARAT qeyri-kommersiya təşkilatının təsisçisi Aida Mahmudova Azərbaycanın mebel və parça bazarına daxil olmaq niyyətindədir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, xanım Mahmudovanın yaratdığı “Chelebi” brendinin məhsulları artıq gələn aydan bazara daxil olacaq.
Brendin əsas özəlliyi “Yarat” təşkilatının rəssamlarının əl işlərinin parçalara köçürülməsidir.
Həmin parçalardan isə geyimlərdə, o cümlədən divan-kresloların dizaynında istifadə olunacaq. Mebellərin Türkiyə və İtaliyada istehsal edilməsi nəzərdə tutulub.
Maraqlıdır ki, ilk mebel parçalarında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Aida Mahmudovanın rəsm əsərlərindən istifadə edilib.