Məşhur İtaliya aktrisası Ornella Muti sosial şəbəkələrdə Azərbaycan haqqında təəssüratlarını, San-Remo müsabiqəsi iştirakçıları və qaliblərinin Bakı konsertindən yazıb.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, aktrisa Twitter və Facebook-dakı rəsmi səhifələrində dekabrın 18-də Crystal Hall-da baş tutmuş San-Remo ulduzları konsertindən fotoları, həmçinin Bakının müxtəlif görüntülərini paylaşıb.
Azərbaycan paytaxtının mehmanxanadan çəkilmiş şəkillərini isə aktrisa bu sözlərlə qeyd edib: “Sağ ol, Bakı!”, “Bakı möhtəşəmdir!”.