Tanınmış caz ifaçısı Ülviyyə Rəhimova Yeni il ərəfəsində konsert verəcək.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, tədbir dekabrın 25-də Bakıda Caz Mərkəzində keçiriləcək.
İfaçı konsert üçün xüsusi proqram hazırlayıb. İfaçının dicey Rayla birgə yazdığı yeni mahnısı da həmin gün səsləndiriləcək.
Qeyd edək ki, Ülviyyə Rəhimova və dicey Ray daha əvvəl Bakıya həsr olunmuş mahnı ifa etmişdilər.