Özbəkistanda tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, Yusif Hüseynov 1980-2006-cı ildə Daşkənddəki Yunisabad rayonunda 14-cü məhəllədə 1-ci binada yaşayıb.

Barelyefin açılışını edən Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövləti tərəfindən öz soydaşlarının irsinin öyrənilməsi, təbliğ edilməsi məsələsinin prioritet məsələ kimi qəbul edildiyini vurğulayıb.

Açılış mərasimində Azərbaycanın Özbəkistandakı Səfirliyi, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan diaspora fəalları, rəssamın sənət dostları, ailə üzvləri, tanınmış rəssamlar iştirak ediblər.

Qeyd edək ki, tanınmış rəssamın barelyefi onun 70 illik yubileyi münasibəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb. Barelyefin müəllifi Özbəkistanın tanınmış heykəltaraşı, professor Marina Borodinovadır.