Parisdə Baron Edmond Rotşild Mediateka Alyansında rejissor Müryel Levinin “Şalom, Baku” sənədli filminin təqdimatı keçirilib.
Oxu.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.
Film Bakı şəhəri, Quba və Oğuz rayonlarında yaşayan yəhudi icmasının gündəlik həyatından bəhs edir. Ekran əsərində yəhudi icma üzvlərinin ölkəmizdə dinc şəraitdə yaşadıqları qeyd olunur, burada heç vaxt antisemitizmin olmadığı bildirilir, yəhudi təhsil mərkəzinin, sinaqoqların fəaliyyəti ətraflı işıqlandırılır.
Filmin nümayişindən sonra rejissor Müryel Levi 47 dəqiqəlik sənədli filmin ideya müəllifinin Fransa Yəhudi İnstitutları Təmsilçiləri Şurasının sabiq sədr müavini Jan-Pyer Allali olduğunu qeyd edib.
A.S.
www.oxu.az