Hər il 24 noyabr tarixində dünyada “Black Friday” aksiyası keçirilir və bu aksiya çərçivəsində böyük endirimlərdən faydalanmaq mümkündür. Azərbaycanın ən böyük kinoteatrlar şəbəkəsi olan “Park Cinema” da bu aksiyaya qoşularaq səbirsizliklə gözlənilən “Kardeşim Benim - 2” filminin möhtəşəm qala gecəsinə biletlərin qiymətinə bayram tarixləri üçün yarı qiymətinə endirim etdi. Amma bu hələ son deyil! Çosaylı istəkləri nəzərə alaraq, “Park Cinema ”50% endirimi 29 noyabradək uzadır!
Oxu.Az xəbər verir ki, 30 noyabr saat 19:00-da tanınmış türk aktyorları Burak Özçivit, Fahriyye Evcen və digərlərinin iştirak edəcəyi “Kardeşim Benim - 2” filminin qala gecəsi baş tutacaq.
Sevimli türk aktyorlarını səbirsizliklə gözləyən pərəstişkarlara şad xəbər var. “Park Cinema” hər kəsə endirimdən faydalanmaq fürsəti verir və artıq sevimli aktyorları görmək və onlarla ünsiyyət qurmaq hər kəs üçün əlçatandır. Standart zallarda 50 AZN dəyərində olan yerlərin qiyməti - 25 AZN, “IMAX” zalda ulduzlarla birgə seans 70 AZN əvəzinə - 35 AZN, ulduzlarla birgə “cocktail party”də iştirak isə 200 AZN əvəzinə 100 AZN-ə endirilib. Biletləri həm onlayn, həm də “Park Cinema” kinoteartlar şəbəkəsinin bütün kassalarında əldə etmək olar!
“Kardeşim Benim - 2” filmi 2016-cı ilin ən çox izlənilən filmlər siyahısında yer almış “Kardeşim Benim” filminin davamıdır. Filmin premyerasından sonrakı ilk həftədə filmi iki milyondan çox tamaşaçı izləyib. İkinci hissədə də qardaşların sərgüzəştləri davam edir, lakin sonda onlar yenə bir araya gəlir. Gecənin qonaqlarını seans öncəsi cocktail party və sevimli aktyorlarla film izləmək şansı gözləyir.
Qeyd edək ki, “Park Cinema” – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə “Park Bulvar”, “Metro Park”, “Zagulba Mall” ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə “IMAX” formatlı nümayişlərin təqdim olunduğu “Flame Towers”, həmçinin Masallı rayonundakı “ASAN Həyat”da yerləşən kinoteatrlar və “Amburan Beach Club”da yerləşən yay kinoteatrı daxildir.
Daha ətraflı: wwww.parkcinema.az/promo
Biletlərin satışı: http://parkcinema.az/movies/view/5357/kardesim-benim-2
A.S.
www.oxu.az