Respublikanın sabiq Mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan SSR xalq artisti, məşhur bəstəkar və müğənni Məmmədov Polad Bülbül oğlu bu gün 69-cu yaş gününü qeyd edir.
Oxu.Az xəbər verir ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atasının ləqəbini – Bülbül götürüb.
1973-cü ildən Əməkdar İncəsənət xadimidir. 1982-ci ildə Azәrbaycan SSR xalq artisti adına layiq görülüb.
1989-cu ildәn Azərbaycan Respublikasının Mədəniyyət naziri, 1994-cü ildәn Türksoyun sәdri işləyib. 2006-cı ildən etibarən Mədəniyyət Naziri kimi fəaliyyətini dayandırıb və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi fəaliyyət göstərir.
O, geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınır. Kino-filmlәrә, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema vә s. әsәrlәrin müәllifidir.
Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.
Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı “Məhəbbət və ölüm” baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda “2009-cu İlin Adamı” elan edilib.
Aytən Sadıqzadə
www.oxu.az