Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Prokuror Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən şəxslərə cəza istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Elnur Nəhmədovun 19, Ruslan Məmmədovun 4, Pərviz Hüseynovun isə 3 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Yalçın Qocayevin oğlu Əli Qocayev isə prokurorun çıxışına münasibət bildirən zaman şikayətçi olmadığını deyib.
Proses noyabrın 20-də davam edəcək.
Qeyd edək ki, bu il martın 11-də saat 2:00 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.
A.S.
www.oxu.az
Rəylər