Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva "Qarabağın səsi" layihəsini təqdim edib.
Oxu.Az xəbər verir ki, sözləri Cəlal Qurbanova, musiqisi isə Tünzalə Ağayevaya məxsus olan mahnı vətənpərvərlik mövzusundadır. Mahnı "ASAN Könüllüləri" İctimai Birliyinin təşəbbüsü ilə yazılıb.
Xocalı soyqırımının ildönümü öncəsi musiqinin sözləri ingilis dilinə tərcümə edilərək, dünyanın bir çox ölkəsinə göndərilib. "Qarabağın səsi" bütün radio dalğalarda da yayımlanır.