Xalq artisti, Azərbaycan Televiziyasının diktoru Rafiq Hüseynov dünən axşam saatlarında Türkiyəyə müalicə almağa gedib. Xatırladırıq ki, onun ağciyərində şiş aşkar olunmuşdu.
Oxu.Az xəbər verir ki, bu barədə ATV-nin aparıcısı Ceyhun Əli məlumat verib.
“Xalq artisti Rafiq Hüseynlini Türkiyəyə müalicəyə yola saldıq. İnşallah onu tam sağlam olaraq da qarşılayacağıq”-deyə, C.Əli qeyd edib.
Qeyd edək ki, diktor, Türkiyəyə həyat yoldaşı və qızı ilə gedib. Onun müalicə və müayinəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Aytən Sadıqzadə
www.oxu.az