Kanadalı aktyor Rayan Reynolds Hollivudda Şöhrət xiyabanında ulduz alıb.
Oxu.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Onu təbrik etməyə ailəsi – həyat yoldaşı Bleyk Layvli və iki övladı, eləcə də anası, qardaşları və qardaşlarının uşaqları gəlib.
Reynolds qeyd edib ki, bu, həyatda yalnız bir dəfə yaşanılan xüsusi məqamdır.
2016-cı il aktyor üçün uğurlu olub. Əsasən də “Dedpul” filmi gözlənilmədən kassa hiti olub.
Daha öncə, britaniyalı aktyor Xyu Lori ABŞ-da Şərəf Xiyabanında Hollivud ulduzunu alıb.
A.S.
www.oxu.az