Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) türkiyəli diplomat Orxan Qazigil və onun rusiyalı həmkarı İqor Mityakovun birgə sərgisi keçirilir.
Oxu.Az-ın Rusiya bürosu xəbər verir ki, sərgi diplomatların birgə təşəbbüsü ilə baş tutub.
“Rusiya və Türkiyə diplomatların obyektivində” adlı sərginin təşkilatçıları MDBMİ və Yunus Əmrə Mərkəzidir.
Sərginin açılış mərasimində Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar və MDBMİ-nin rektoru Anatoli Torkunov iştirak ediblər.
Sərgidə hər müəllifin 20 yaradıcılıq işi nümayiş etdirilib. Bir neçə gündən sonra sərgi Rusiya üzrə tura çıxarılacaq.
İqor Mityakovun arxivində Bakıya dair minlərlə fotoşəkil saxlanılır. Vaxtaşırı bu əsərləri öz İnstagram səhifəsində təqdim edən rusiyalı diplomat Bakıda da sərgi açmağı arzulayır.
Orxan Qazigil Türkiyənin Moskvadakı səfirliyinin, İqor Mityakov isə Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşıdır.