Rusiyanın birinci kanalında yayımlanan “İdeal təmir” proqramının bir rubrikası Azərbaycan xalçalarının hazırlanmasına həsr edilib.
Oxu.Az xəbər verir ki, “İdeal dünya” rubrikasının çərçivəsində “İdeal təmir” proqramının aparıcısı, peşəkar dizayner Nataşa Borbe Bakıya səfər edib və tamaşaçılara Azərbaycan əməkdar incəsənət xadimi Vidadi Muradovla bərabər Azərbaycan xalçalarının hazırlanma prosesindən və tarixindən söhbət açıb.
Azərbaycan xalçası, “İdeal təmir” proqramının budəfəki buraxılışının evinin təmir edilməsinə həsr edildiyi, Rusiyanın xalq artisti Nina Ruslanovaya hədiyyə edilib.