Xalq yazıçısı Rüstəm İbrahimbəyovla Nizami Kino Mərkəzində vida mərasiminin ardından dəfn mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına görə, yazıçı Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Qeyd edək ki, R.İbrahimbəyov martın 10-da Rusiyanın Moskva şəhərində dünyasını dəyişib.
1939-cu ildə Bakı şəhərində anadan olan yazıçı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
FOTO: Kərim Abbasov