Azərbaycanın premium kinoteatrı “CinemaPlus”da “Tənzimlənmə oyunu” filmi nümayiş olunur.
Oxu.Az xəbər verir ki, ekran əsəri qlobal maliyyə böhranından bəhs edir.
Filmin rejissoru Adam Makkeydir. Rollarda Finn Uittrok, Bred Pitt, Kristian Beyl, Selena Qomes və Karen Qillan çəkiliblər.
Filmin süjet xətti belədir: Söhbət puldan düşəndə vicdan susur. Əgər söhbət lap böyük məbləğdə pullardan gedərsə...
Bu, real hadisələrə əsaslanan bir neçə uzaqgörən haqqında filmdir. Həmin uzaqgörənlər bir- birindən ayrı 2008-ci ildə baş vermiş dünya iqtisadi böhranını, hələ heç Uoll-Stritdə söhbət getməmişdən öncə proqnozlaşdırıblar.
Və beləliklə həmin proqnozları ilə qazanmağa başlayıblar. Özləri də heç bunu istəmədən...
