Dünya şöhrətli heykəltəraş Toni Kreqq Heydər Əliyev Mərkəzində aprelin 9-da açılacaq fərdi sərgisi ərəfəsində Mərkəzdə olaraq, sərginin tərtibatında bilavasitə iştirak edib.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin Toni Kreqq Studiyası ilə birgə əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunan və avqustun 31-dək davam edəcək ekspozisiyada müəllifin 28 əsəri sərgilənəcək.
Qeyd edək ki, müxtəlif ölkələrdə 350-dən artıq fərdi sərgisi təşkil olunan 65 yaşlı heykəltəraş Toni Kreqq 1988-ci ildə müasir incəsənət sahəsində məşhur Törner mükafatına, 2007-ci ildə isə Yaponiyanın İmperator mükafatına layiq görülüb.
Aytən Sadıqzadə