Türkiyənin Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə 10-16 oktyabr tarixlərində Bakıda keçiriləcək “Türkiyə Caz Festivalı” çərçivəsində daha bir caz ustası Bakıya gələcək.
Oxu.Az-ın məlumatına görə, festivalın beşinci günündə, qardaş ölkənin ən məşhur caz ustalarından olan Şenay Lambaoğlu konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, Şenay Lambaoğlu ölkəsində və xaricdə bir çox festivallarda iştirak edib. Lambaoğlunun söz və musiqiləri özünə aid olan şifahi caz albomu “İçimdə Aşk Var” ilə Türkiyədə böyük rəğbət qazanıb. İfaçının son işi bu ilin iyun ayında işıq üzü görən “Zarf Tümleci” albomu olub.
Şenay Lambaoğlunun konserti 14 oktyabr saat 21:30-da “Park Bulvar”da yerləşən “Zeytun” restoranında baş tutacaq. Konsertə giriş sərbəstdir.
Aytən Sadıqzadə