Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Uill Smit “Oskar” mükafatlandırmasında iştiraka qoyulan onillik qadağaya reaksiya verdi - FOTO/VİDEO
Amerikalı aktyor Uill Smit ABŞ Kino Sənətləri və Elmləri Akademiyasının ona 10 il ərzində tədbirlərə, o cümlədən “Oskar” mükafatlarının təqdimat mərasiminə qatılmağa qadağa qoymasına cavab verib.
“Akademiyanın qərarını qəbul edir və hörmətlə yanaşıram”, – deyə aktyor bildirib.
Xatırladaq ki, martın 27-dən 28-nə keçən gecə “Oskar” mükafatlarının təqdimat mərasimində aktyor Uill Smit “Ən yaxşı kişi rolu” mükafatını qazansa da, gecənin əsas hadisələrindən biri aktyorun mükafatlandırılması deyil, qala-tədbirin aparıcısı Kris Roku təhqir etməsi və ona şillə vurması oldu. Uil Smit komediyaçının onun həyat yoldaşının saçları ilə bağlı zarafatına (Cada Pinkett-Smit xəstəliklə əlaqədar saçlarını itirib) belə reaksiya vermişdi.
Bundan sonra Kino Sənətləri və Elmləri Akademiyası Smitə “Oskar” da daxil olmaqla 10 il ərzində öz tədbirlərində iştiraka qadağa qoydu.
“94-cü “Oskar” Mükafatları 2021-ci ildə inanılmaz iş görən çoxsaylı insanların bayramı olmalı idi. Lakin həmin anlar cənab Smitin səhnədə nümayiş etdirdiyi yersiz və zərərli davranışla yadda qaldı”, - deyə akademiyanın qərarında deyilir.
Mənbə: Page Six
Mövzuya aid xəbərlər
- Uill Smitin şilləsi ona baha başa gəldi: Tədbirlərə buraxılmayacaq
- Uill Smit Oskar mərasimindəki insidentdən sonra ABŞ Kino Akademiyasını tərk etdi
- Uill Smitin həyat yoldaşından “Oskar”dakı qalmaqaldan sonra ilk paylaşım - FOTO
- Uill Smit şillə vurduğu həmkarından üzr istədi - FOTO
- “Oskar” mərasimində qalmaqal: Arvadına söz atan aktyora hücum etdi - VİDEO
Rəylər