15 yanvar 2016-cı il tarixində saat 12:00-da Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Vətən şəhidləri ilə ucalır” adlı tədbir-sərgi təşkil olunacaq.
Oxu.Az xəbər verir ki, sərgidə Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin 40-a yaxın rəsm əsərləri nümayiş olunacaq.
Tədbirdə şagirdlərin hazırladığı bədii kompozisiya nümayiş olunacaq və 20 Yanvar faciəsinə həsr olunmuş filmlər tamaşaçılara təqdim olunacaq, şəhidlərin şəxsi əşyaları sərgilənəcək.