Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xalça Muzeyində Əməkdar rəssamın sərgisi açılıb – FOTO
Azərbaycan Xalça Muzeyində Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın "Təsadüf" adlı fərdi sərgisi açılıb.
Oxu.Az-ın məlumatına görə, sərgidə 48 ədəd batika nümunəsi təqdim olunub.
Açılış mərasimində Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtəgin Salamzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Afaq Məmmədova sərgi ilə bağlı öz təəssüratlarını bölüşüblər.
İnna Kostina sərginin təşkilinə görə muzeyə təşəkkürünü bildirib.
Qeyd edək ki, sərgi mayın 2-dək davam edəcək.
A.S.
"Azərbaycan Milli Xalça Muzeyi" teqi üzrə xəbərlər
- Şirin Məlikova: "Əjdaha" ovlayırdım, alman dilerə ona görə ikiqat qiymət demişdilər"
- Milli Xalça Muzeyinə direktor təyin olundu
- Azərbaycan Milli Xalça Muzeyində "Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız" sərgisi açılıb - FOTO
- Albaniyanın birinci xanımı Xalça Muzeyi ilə tanış olub - FOTO
- Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının fəaliyyəti 31 ildən sonra bərpa edilib - FOTO
Rəylər