Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xalq artisti vəfat etdi - YENİLƏNİB
Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi sabah Bakı Musiqi Akademiyasında keçiriləcək.
Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Mədəniyyət nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib. O bildirib ki, bəstəkarla vida mərasimi sabah saat 12-dən 14-dək davam edəcək.
Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.
19.27
Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın əməkdar incəsənət xadimi bəstəkar Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Oxu.Az xəbər verir ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub.
1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.
Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.
"Almaniya" teqi üzrə xəbərlər
- Berbokun BMT-nin Baş Assambleyasının sədrliyinə namizədliyini həyasızlıq adlandırdılar
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Almaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışlayır