Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xalq rəssamı Mikayıl Abdullayevin doğum günüdür
Bu gün, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, "Cəvahirləl Nehru" Beynəlxalq Mükafatı laureatı, professor Mikayıl Hüseyn oğlu Abdullayevin doğum günüdür.
Mikayıl Abdullayev 1921-ci il dekabrın 19-da Bakıda anadan olub. 1935-1939-cu illərdə Azərbaycan Rəssamlıq Texnikumunda (indiki Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi) Səttar Bəhlulzadənin sinfində dərs alıb.
Azərbaycan rəssamlıq məktəbinin böyük simalarından olan Mikayıl Abdullayevin təsviri sənətin ən müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Sənətkar çoxsaylı tematik lövhə, mənzərə və natürmortlarında doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyi incə rəng çalarları ilə tərənnüm etmiş, dahi Nizaminin "Xəmsə"sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaradıb.
Dünyanın nüfuzlu sərgi salonlarında, muzey və qalereyalarında uğurla nümayiş etdirilən əsərləri Mikayıl Abdullayevi fitri istedad sahibi kimi tanıdıb.
Mikayıl Abdullayev 2002-ci il avqustun 22-də vəfat edib.
Görkəmli rəssam Mikayıl Abdullayevə aid təqdim etdiyimiz foto Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ materiallar fondunda qorunur.
"Doğum günü" teqi üzrə xəbərlər
- Geoloq, dağ mühəndisi, zəngin tarixi arxivin yaradıcısı - Yazıçı Manaf Süleymanovun doğum günüdür
- Bu gün yazıçı-nasir Fərman Kərimzadənin doğum günüdür
- İkiqat paralimpiya çempionu İlham Zəkiyevin doğum günüdür
- Çoxsaylı obrazların mahir ifaçısı - Aktyor Novruz Qartalın doğum günüdür
- Azərbaycan milli uşaq poeziyasının banisi - Abdulla Şaiqin doğum günüdür