Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Xocalı. Son toy..." filmi "CineMastercard" kinoteatrlar şəbəkəsində nümayiş olunur
Aprelin 17-dən "CineMastercard" kinoteatrlar şəbəkəsində "Xocalı. Son toy..." filminin nümayişi başlayır.
Oxu.Az xəbər verir ki, "Global Media Group"un və "Report" İnformasiya Agentliyinin birlikdə ərsəyə gətirdiyi "Xocalı. Son toy..." bədii-sənədli filminin süjet xətti 33 il öncə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq qalan sonuncu toy mərasiminə əsaslanır.
1992-ci ildə baş verən və bəşər tarixinin ən qanlı hadisələrindən biri olan Xocalı soyqırımı insanlıq faciəsi olmaqla yanaşı, həm də neçə-neçə insanın, ailənin sevincini əlindən alıb, əbədi ağrıya çevrilib.
"Xocalı. Son toy..." bədii-sənədli filmində də illər öncə "Vağzalı"sı yarımçıq qalan toyun sədaları yenidən eşidilir, azad-abad Xocalı yenidən toy-bayram əhvali-ruhiyyəsinə bürünür.

Filmin ideyası 1992-ci ilin 18 yanvarındakı sözügedən toyun fotosundan ilhamlanaraq gerçəkləşib. Ekran işi Xocalıda yarımçıq qalan toyu, bundan sonra baş verən prosesləri və günümüzü özündə ehtiva edir. Sözügedən toyda çəkilən ağ-qara foto yenidən zəfər bayrağı sancılmış azad Xocalıda həmin fotonun rənglənmiş variantı ilə canlandırılır ki, bu da Xocalının yenidən dirçəlməsini, yeni nəfəs tapmasını tərənnüm edir.
Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb.
Qeyd edək ki, filmin layihə rəhbəri "Global Media Group"un İdarə Heyətinin sədri Elnur Nazim oğlu Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadə, prodüseri isə Fuad Hüseynəliyevdir.
Bildirək ki, film 17-23 aprel tarixlərində "CineMastercard" şəbəkəsinin "Dəniz Mall" və "Gənclik Mall"da yerləşən kinoteatrlarında ödənişsiz şəkildə nümayiş olunacaq.
"Xocalı soyqırımı" teqi üzrə xəbərlər
- Xocalıdakı kütləvi məzarlıqda aşkarlanan 18 meyit qalıqlarından 10-u ailəsinə təhvil verilib
- Üzərində işgəncə izləri görünən meyit qalıqlarının arasında qadınlar çoxluq təşkil edir
- Qondarma erməni soyqırımı ilə bağlı tədbiri ləğv etdirən tələbələrimiz DANIŞDILAR
- "Facebook" erməni terrorçu Melkonyanla bağlı QADAĞANI GÖTÜRDÜ
- Arkadi Qukasyan Xocalı soyqırımı ilə bağlı suallara cavab verib