Premium kinoteatr “CinemaPlus” 28 Mall ilk dəfə olaraq Azərbaycanda dünya premyerasından 3 gün əvvəl, ən çox gözlənilən “Yalan illüziyası 2” filminin qapalı premyera öncəsi nümayişini keçirdi.
Foye filmin üslubunda bəzədilib: hər yerdə kartlar, pullar, sirli sandıqlar və seyflər var idi. Filmdən öncə qonaqları sürpriz gözləyirdi – dəvət olunmuş sehirbaz öz bacarıqlarından bir neçəsini nümayiş etdirdi. Həmçinin hədiyyəli müsabiqələr keçirildi.Həmin gecənin qonaqları şou- biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri təşkilatların sahibləri oldular.
Filmin nümayişindən öncə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə tədbir iştirakçılarını “CinemaPlus”un fəaliyyətinin genişləndirilməsinin əsas istiqamətləri haqqında məlumat verdi.
Qeyd edək ki, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə, Nizami 8 ünvanında, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində “CinemaPlus” kinoteatrının açılışı keçirilib.
“CinemaPlus” 28 Mall Azadlıq prospekti 45 ünvanında, “28 Mall” Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Dolğun məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.
https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8
https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus