Azərbaycanda ilk dəfə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Yaşıl Teatr"da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə "Qvadelup və Azərbaycan ritmləri & rəqsləri" adlı konsert keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov qonaqları salamlayaraq, belə bir mədəniyyət tədbirində iştirak etdikləri üçün təşəkkürünü bildirib. O qeyd edib ki, BTQ yalnız siyasi müstəvidə deyil, həmçinin elmi və mədəni sahələrdə də müstəmləkəçiliyə qarşı mübarizə aparır.
Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyinin (UPLG) baş katibi Jan-Jakob Bisep Azərbaycanda ölkəsinin mədəniyyətinin təmsil olunmasına şərait yaratdığı üçün Bakı Təşəbbüs Qrupuna minnətdarlığını çatdırıb.
Qeyd edək ki, tədbirdə "Natiq" ritm qrupu, "Mirvari" rəqs kollektivi, habelə, Qvadelupu təmsil edən "Lakou veranda" qrupları iştirak edib.
Aləmdə Nəsib