ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu-York və Vaşinqtonda uğurlu görüşlər keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində yazıb.
“Biz Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi işimizdə vahid mövqedən çıxış edirik”, - diplomat bəyan edib.