Rusiyanın Hərbi Dəniz Donanmasının baş komandiri admiral Viktor Çirkov Peterburqda Beynəlxalq hərbi dəniz salonunun ilk günündə xarici ölkələrdən olan onlarla həmkarı ilə görüşlər keçirib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Viktor Çirkov jurnalistlərə bildirib.
O həmçinin Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandiri ilə də görüşüb.
“Biz istəyirik ki, Xəzər dənizi təhlükəsizlikdə olsun və bu istiqamətdə çalışırıq”, - o qeyd edib.
Peterburqda Beynəlxalq hərbi dəniz salonu artıq yeddinci dəfə keçirilir. Bu il salonun işi iyulun 1-dən 5-nə qədər davam edəcək.