Filippin sahillərində göyərtəsində 173 sərnişinin olduğu bərə aşıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, nəticədə 33 nəfər ölüb.
19 nəfər itkin düşmüş hesab edilir, 118 nəfəri xilas etmək mümkün olub.
Hazırda axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.
Bərə yola düşəndən bir neçə dəqiqə sonra aşıb.
Qeyd olunur ki, bərə Ormok-Kamotes marşrutu üzrə hərəkət edirdi.
www.oxu.az