Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonunda əməliyyat keçirib. Oxu.Az xəbər verir ki, Agentliyə rayonun Poylu qəsəbəsi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub. ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə dərhal həmin əraziyə gəlib, 1 ev və həyətyanı sahəyə baxış keçiriblər. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd “Qrad” qurğusu ücün raket (122 mm-lik “9M22U”) aşkar olunub. Raketlər Agentliyin poliqonunda məhv edilib.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin