Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan hərbçiləri NATO-nun komanda-qərargah təlimində iştirak ediblər
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun "Qətiyyətli Güc-2025" (Resolute Force-2025) çoxmillətli komanda-qərargah təlimində iştirak ediblər.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bolqarıstanın G.S.Rakovski adına Hərbi Akademiyasında təşkil olunan təlimdə Azərbaycanı Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun bir qrup zabit heyəti təmsil edib.
Bolqarıstan, Gürcüstan, Rumıniya, Şimali Makedoniya, Yunanıstan ordularının təmsilçilərinin də iştirak etdikləri təlimdə zabitlərimiz tapşırıqların öhdəsindən məharətlə gəliblər. Təlimin keçirilməsinin məqsədi hərbi qərarqəbuletmə prosesinə uyğun fəaliyyətlərin icrası, eləcə də komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqlarının artırılmasıdır.
Komanda-qərargah təliminin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi başa çatıb
- Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
- Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüblər
- Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfərə gedib