Ordumuz haqqında son reportajlardan sonra oxucularımız bizə yazaraq ön hissələrdə də çəkilişlər aparmağımızı xahiş edirdilər – insanlar orduda baş verən bütün müsbət dəyişikliklərin yalnız arxa cəbhədə yerləşən hissələrdə deyil, eləcə də ön hissələrdə də baş verdiyinə inana bilmirdilər.
Əsgərlərimizin qidalanmasına dair reportajı görənlərin bəziləri isə, bunun qurma, sadəcə jurnalistlər üçün hazırlandığını, reallıqda belə bir şeyin ola bilməyəcəyini söyləyirdilər...
Biz isə öz növbəmizdə hər şeyi tərifləməyəcəyik və sadəcə əslində olanları göstərəcəyik – axı hərbi iş lovğalanmağı sevmir. Həyat və ölüm qarasında sərhədin çox incə olduğu müharibədə, boş-boş sözlərlə heç nə həll etmək mümkün deyil, bu söhbətlər səni düşmən gülləsindən qoruya bilməz, ona görə də özünü aldatmaq lazım deyil.
Ordumuzun həyatı haqqında dördüncü reportajımızı son illərdə sayı kəskin şəkildə artan və ictimaiyyətin diqqətini cəlb edən - hərbi təlimlərə həsr etməyi qərara aldıq.
Bir ay öncə müdafiə naziri general-polkovnik Zakir Həsənovun adına ordumuzun quruda keçirilən təlimləri barədə reportaj hazırlamağa icazə verməsi, oxucularımıza Azərbaycan əsgərlərinin döyüş hazırlığı, onların hazırlıq səviyyəsini göstərməyə şərait yaratması üçün məktub ünvanladıq. Bir müddət sonra mənə zəng edib, Müdafiə Nazirliyinin idarələrindən birinə çağırdılar, niyyətimizi bir daha dəqiqləşdirdikdən sonra reportaj hazırlamağa icazə verdilər. Bundan sonra uğur arzulayaraq ordumuzun cəbhə bölgəsində olan hissələrdən birinə yolladılar.
Bir müddət sonra mənə zəng edib, Müdafiə Nazirliyinin idarələrindən birinə çağırdılar, niyyətimizi bir daha dəqiqləşdirdikdən sonra reportaj hazırlamağa icazə verdilər. Bundan sonra uğur arzulayaraq ordumuzun cəbhə bölgəsində olan hissələrdən birinə yolladılar.
Bakıdan gecə yola düşərək səhər saat 7-də hərbi hissəyə çatdıqda növbətçi bizə 05:00-də bütün şəxsi heyətin, texnikanın həyəcan siqnalı ilə kazarmanı və boksu tərk etdiyini və dislokasiya ərazisinə yollandığını söylədi.
Hərbi hissə ön cəbhədə yerləşir, erməni mövqelərini adi gözlə görmək olur, amma diqqətimi hər şeyin səliqəli olması, binaların təmir edilməsi, istilik sisteminin quraşdırılması daha çox çəkdi.
Nəzarət-buraxılış məntəqəsində (NBM) koordinatorlarımızı gözlədiyimiz zaman yanımızdan onlarla qadın – ordumuzun hərbçiləri keçdi. Mən təəccüblənmişdim, əlbəttə ki, ordumuzda qadınların da xidmət etdiyini bilirdim, amma onların sayı təsəvvür etdiyimdən daha çox oldu.
Koordinatorlarımız gəldikdən və son təlimatları aldıqdan sonra biz ordumuzun dislokasiya ərazisinə yollandıq (dislokasiya – baza yeridir).
Qeyd etdiyim kimi, qoşunlar öz hissələrini 05:00-da tərk etmişdilər, biz təlimlərin keçirildiyi poliqona saat 11:00-da çatdıq və çox təəccübləndik.
2 saatı sutkanın qaranlıq vaxtına düşən cəmi 6 saat ərzində qoşunlar səngərləri qazıb, texnikanı tamamilə gizlətməyi çatdırmışdılar, səhralıqda çadır şəhərciyi qurulmuşdu, - qeyd edim ki, bizi heç kim gözləmirdi, biz gözlənilməz təftiş yoxlaması kimi gəlib, hər şeyi olduğu kimi çəkirdik.
Təlimlərdə artilleriya hissələri, Reaktiv yaylım atəş sistemləri (“Qrad”) hissələri, tank və motopiyada tağımları, hava əleyhinə müdafiə qoşunları iştirak edib.
Amma deməliyəm ki, mən insanlara heyran olmuşdum, düzdür, texnika müasirdir, təmir edilmişdir, tamamilə yeniləmişdir. Texnika texnikadır, sonda dəmir və poladdandır.
Orduda yaxşı, müasir texnika yalnız müsbət cəhətdir, amma gəlin unutmayaq ki, ən müasir tankı belə insan idarə edir.
Bu tankın döyüş qabiliyyətliliyini, dəqiq atışını, düşmən mövqelərini hədəf alan insan həll edir.
Məhz burada insan amilini görüb, onun mühümlüyünü dəyərləndirdik – bunun bir təlim olmasına baxmayaraq qoşunlar hərbi hissədən “Həyəcan” siqnalı ilə təcili çıxıb, çölün düzündə yerləşən, ətrafda canlı olmayan, yalnız nizam-intizamın işlədiyi, məsuliyyətsizliyə yol verilməyən dislokasiya məntəqəsinə çatıblar.
Qoşunların təchizatı xüsusilə sevindirdi – hər şey yüksək səviyyədə idi: bütün ərazidə su sisternləri qoyulub, kölgə üçün (yerli istehsalat) tent çəkilib, yemək təzədir.
Ət və tez korlanan qida məhsullarını gətirən refrejiratorları xüsusi qeyd etmək istərdim, orduda beş il öncə belə bir şeyi təsəvvür etmək...
Yeri gəlmişkən, qoşunların və rayonların yerli icra hakimiyyətlərinin nizama salınmış işini ayrıca qeyd etmək lazımdır, müdafiəçilərə hər zaman hörmət edilir, heç bir zaman yaddan çıxmırlar.
Qoşunların şəxsi heyəti və yerli İH arasında iş strukturunu təşkil edərkən, təlimlər zamanı əsgərlərin qarşısında yerli teatrın aktyorları çıxış edirdilər, əsgərlərin özləri də mahnı oxuyub gitarada ifa etdilər.
Qoşunların şəxsi heyəti və yerli İH arasında iş strukturunu təşkil edərkən, təlimlər zamanı əsgərlərin qarşısında yerli teatrın aktyorları çıxış edirdilər, əsgərlərin özləri də mahnı oxuyub gitarada ifa etdilər.
Yalandan yazmaq əslində çətin deyil, amma fotolar yalan danışmayacaq – oğlunu Vətənin müdafiəsinə yollayan hər bir ana ilk növbədə onun təminatından, oğlunun tox olmasından, yaxşı geyinməsindən narahatdır, hər bir ananı narahat edən məsələlər bunlardır, amma bunlar təbiidir...
Bu səbəbdən də təlimlərdə iştirak edən şəxsi heyəti ayrıca göstərmək istəyirik – onların üzlərindəki ifadə hər şeyi deyir. Onlar razı, tox, yaxşı geyimlidirlər və onların üzündə qorxu yoxdur, qarşılarında qoyulmuş tapşırığı həll etməyə hazırlıq var, amma ürkəklik və qorxu yoxdur.
Zabitlər haqqında ayrıca danışmaq istərdim – çox yaxşı hazırlıqlı, işinə məsuliyyətli yanaşma, bunu gözəl sözlər üçün yazmıram. Orta rütbəli zabitlər əsgərlərlə eyni masa arxasında oturur, onlara yardım edir, çətinlik və ya suallar meydana gələrsə izahat verirlər.
Ona görə də əsgərlərdə onlara kimin isə qışqıracağına və s. dair ürkəklik yoxdur. Hamı əsgərlərə yaxşı davranır və hər kəs lap elə günü bu gün döyüşə getməyə hazırdır.
Şəxsi heyətin hazırlığı haqqında - hər şey əladır. Özüyeriyən artilleriya qurğularının divizionu elə yaxşı gizlədilmişdi ki, biz az qala tam sürətlə texnikanın bortuna dəyəcəkdik – düşünürdük ki, kolların arasından keçərik, sən demə orada “Qvozdika” dayanıb.
Təlimlərin fəal fazasının təsvirlərinə keçməzdən öncə texnika haqqında da danışmaq istərdim: texnika həm köhnə sovet texnikası, həm də yeni texnika var. Yenilər haqqında susuruq, köhnə isə əsaslı təmirdən keçib, rənglənib, əla vəziyyətdədir.
Əlbəttə, şəkillərdə parad parıltısı görməyəcəksiz, axı poliqon meydan deyil, həm də bizi heç kim gözləmirdi. İstifadəyə çox sayda yeni silah verilib.
Oxucunu yormamaq üçün təlimlərin fəal fazasına keçirik. Yeri gəlmişkən, öncədən bəzi fotoların keyfiyyətinə görə üzr istəyirik – təlimlər gecə saatlarında keçirilirdi, işıqdan istifadə etmək və qoşunların mövqeyini bəlli etməyə icazə vermədilər, ona görə də oxucunun bizi anlayacağını və bağışlayacağını düşünürük.
Təlimlər səhərə yaxın başladı – saat 00:04-də əmr verildi və motopiyada, tank taborları artilleriya atəşi altında irəlilədilər.
PDM ekipajları atəş açırlar
Biz idarə məntəqəsinin komanda məntəqəsinin yaxınlığında dayanmışdıq və qaranlıqda yalnız atəşin parıltısını, trasserlərin işığını görürdük və başqa heç nə. Komandanlıq hücuma, qoşunların hərəkətini pilotsuz uçan aparat ilə (yeri gəlmişkən, yerli istehsal olan) onlayn rejimdə idarə edirdi.
Bundan başqa, pilotsuz aparatda olan gecə görmə qurğusundan başqa, zabit heyətinin öz teplovizoru var idi – bir neçə il öncə heç təsəvvür də edə bilməzdim ki, bizim orduda gecə görmə aparatları olacaq. Hər tərəfdə zülmət qaranlıqdır, amma aparatla baxan kimi hər şey ovucunun içindəki kimi aydın görünür.
Bölmələrin nizamlı işini bir daha qeyd etmək istərdim - tanklar və PDM (Piyadaların döyüş maşını) hücum edirdi, artilleriya hissələri onlara atəş və işıq dəstəyi göstərirdilər – qoşunlar döyüş meydanını yaxşı görsünlər deyə, haubitsalar döyüş meydanı üzərində xüsusi işıq mərmisi buraxırdılar. Bu mərmilər asta sürətlə düşərək müəyyən müddət ərzində ətrafı işıqlandırırdılar.
Bundan başqa, minaatan bölmələr xüsusi mərmilər vasitəsilə, hər şeyi PUA (Pilotsuz uçan aparat) vasitəsilə görən komandanlığın əmri ilə şərti düşmənin mövqeyini işarə edərək, atəş üçün orientir qoyurdular.
Təlimlərin gedişatını sözlə ifadə etmək çətindir və bəzən isə mümkünsüzdür, ən əsası qoşunların, əsgər və zabitlərin nizamlı işini qeyd etmək lazımdır.
Atəşin sərhəddən kənara çıxarılması əmri gəldi və artıq bir neçə dəqiqə sonra tanklar mövqe tutdular və bütün bunlar zülmət qaranlıqda yerinə yetirilirdi.
Bu, ekipajların bir daha yaxşı hazırlığını və peşəkarlığını göstərirdi – gündüz vaxtı belə texnikanı idarə etmək çətin deyil, amma gecə vaxtı, söndürülmüş işıqlarla gecə görmə cihazları ilə (GGC) idarə edərkən bu, yetərincə çətindir, hər şey hazırlıq səviyyəsindən asılıdır.
Zabitlərin sözlərinə görə, son bir il yarım ərzində onlar praktiki olaraq poliqonlarda yaşayırlar – indiyədək bu qədər döyüş atəşi ilə müşayiət olunan təlimlər keçirilməmişdi.
Böyük Suvorov deyib ki, təlimdə nə qədər çox tər töksən, döyüşdə bir o qədər az qanın axar. Hərbi əməliyyatlar başlayacaq və Azərbaycanın Silahlı Qüvvələrinin şəxsi heyəti düşməni vurmağa və Qarabağı azad etməyə tam hazır olacaq. Bakıda və bir çox şəhərlərdə təcrübəsiz, təlim keçməmiş cavanların döyüşə bilmədikləri üçün tez bir zamanda həlak olduqları 90-cı illərin faciələri bir daha təkrarlanmayacaq.
Ordu rəhbərliyinin belə təlimlərin keçirilməsində əsas məqsədi məhz bundan ibarətdir – qoy bu təlimlərdə də hərbi güllə və mərmilərdən istifadə edilsin, əlbəttə ki, bu da dövlət hesabına xalqın pulu ilə alınır. Əgər bu pullar oğulu anasına sağ, müharibədən qəhrəman qaytaracaqsa qoy olsun, axı əsas dəyərli olan insan həyatıdır.
Ukraynada münaqişə – əsas Ukrayna ordusunun sərəncamında olan texnikanın sayı deyil, şəxsi heyətin hazırlığının olmasına əyani misaldır. Həmin müharibədə Ukrayna qoşunlarının kadrlarının döyüşmək və ya müdafiə qurmaq bacarığı olmaması səbəbindən separatçıların hücumuna qarşı durmağı, hücum etməyi bacarmırdılar.
Bu gün bizim qoşunlarımız məhz bunu öyrənir – daimi hərbi hazırlıq, şəxsi heyətin labüd olan hər şeylə təchiz edilməsi – ölkə rəhbərliyinin ordu qarşısında qoyduğu tapşırıqlardan biri budur.
Yeri gəlmişkən, biz təlimlərdə olarkən, bizə bir əhvalat danışdılar. Müdafiə naziri Zakir Həsənov hərbi hissələrdən birinə gələrək gözlənilmədən “Həyəcan” əmri verib.
Deyilənə görə, 13 dəqiqədən sonra hissədə heç kim qalmayıb, şəxsi heyət və bütün texnika dislokasiya məntəqəsinə yollanıb, bu əmr üçün normativ 45 dəqiqədir. Mübahisə etmirəm, bəlkə də burda bir qədər şişirtmə var, amma od olmasa tüstü çıxmaz, hər halda bu əhvalat boş yerdən yaranmayıb.
Reportajımızın sonunda ordunun hərbi ruhu haqqında danışmaq istəyirəm.
Hərbi ruh çox yüksəkdir. Nə əsgərlərdə, nə də zabitlərdə zərrə qədər də olsun qorxu, nə də ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali komandanlığı tərəfindən əmr alındıqdan sonra düşməni bir neçə gün ərzində məhv edəcəklərinə dair şübhə müşahidə etdim.
Təlimlərin fəal fazası zamanı mən komanda məntəqəsinə yaxın durmuşdum, qeyd etdiyim kimi qaranlıq idi, səndən bir metr aralıda duran zabitin üzü görünmürdü. Mən onların arasındakı söhbəti eşitdim, onlar məni görmürdülər, yanlarında jurnalistin olduğunu bilmirdilər (mənə hərbi forma vermişdilər, belə ki, səhralıqda soyuq olduğunu unudub bölgəyə adi qısaqol köynəkdə yollanmışdım).
Söhbət belə idi: bax gör tabor komandiri necə dəqiq atır! Əmr versəydilər belə qüvvə ilə erməniləri bir neçə günə darmadağın edərdik!
Bu, iki zabitin, iki vətən müdafiəçisinin adi söhbəti idi...
Poliqonda olarkən Azərbaycan ordusu silsiləsindən olan bu məqaləni – “Yeni nəfəs” adlandırmaq qərarına gəldim.
Bu, təsadüfi deyil – Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev tərəfindən müdafiə naziri vəzifəsinə Zakir Həsənovun təyin olunmasından sonra orduda inanılmaz dəyişikliklər baş verib. Bu artıq “dedovşinanın” olduğu, yalnız “qırmızı bilet” almaq üçün məcburi gedilən ordu deyil.
Müdafiə Nazirliyinin rəhbərliyində baş verən dəyişikliklərdən sonra, Milli Orduya yeni nəfəs gəldi. Bu gün ordu bizim gənclərə yalnız “qırmızı bilet” deyil, həm də yaxşı hərbi hazırlıq verir.
Bu gün artıq ordu onlar üçün onların qayğısına qalan, əsgərlərin yaxşı hərbi hazırlıq keçmələri, hər zaman müharibəyə hazır olmaq üçün bütün şəraitin yaradıldığı ailədir – müharibəyə isə biz hər zaman hazır olmalıyıq.
Və ən əsası – Azərbaycan ordusunun qüdrətini anlamaq istəyirsiniz? O zaman tənbəllik etməyin, bizim Silahlı Qüvvələrimiz haqqında ermənilərin yazılarını oxuyun.
Onlar qorxurlar. Onların qorxusunu gizlətmək getdikcə çətin olur, axı itlər qorxduqca daha çox hürürlər, elə deyilmi?
Tanklarımızın atəş səsləri erməni mövqelərində eşidilir və onlar qorxurlar, onlar bilirlər ki, tezliklə “Aslanlar”ımızın hədəfi məhz düşmən mövqeyi olacaq, onlar gözəl bilirlər ki, bu gün təlimlərdə işıq orientirləri qoyan minaatanlarımız, sabah çox böyük məmnuniyyətlə işğalçıların başına hərbi mərmilər yağdıracaqlar.
Bütün atəşləri eyni nöqtəyə yönləndirən tabor komandiri sabah çox böyük məmnuniyyətlə Azərbaycanın ərazi bütövlüyünə əl uzadan hər bir işğalçını məhv edəcək.
Düşmən bunu çox gözəl bilir, ona görə də qorxur. Düşmən yaxşı başa düşür ki, indiki Azərbaycan ordusu ilə 90-cı illərin ordusu arasında böyük fərq var. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin vahid komandanlığı var, bu gün Azərbaycan əsgərləri döyüşməyi öyrənir və azərbaycanlılar Vətən üçün ölməyə və öldürməyə hazırdırlar.
Zabitlərin sözlərinə görə, keçən ilin məlum avqust hadisələrində, düşmən təxribat törətməyə çalışarkən və layiqli cavab alarkən (məhv edilmiş on erməni haqqında söhbətlər – tam həqiqətdir), yüzlərlə azərbaycanlı gənc hərbi hissələrdə NKM-ə gələrək onlara silah verilməsini və cəbhəyə yollanmasını tələb edirdilər.
Bu gün xalq öz ordusuna, öz milli dövlətçiliyinə inanır və onun üçün ölüm-dirim müharibəsinə hazırdır. Və tarix göstərir ki, yalnız vətəni üçün döyüşməyə hazır olan xalq və cəmiyyət dünyada layiqli həyat üçün hüquqa malikdir. Bu gün bütün dünya Türkiyəyə hörmət edir – axı onlar Çanaqqalada dayandılar, minlərlə həlak olan oldu, amma heç kim geri çəkilmədi.
Və mən əminəm ki, bizim bacı və qardaşlarımız dövlətimizin şərəfi üçün döyüşməyə hazırdırlar. Əminəm ki, Ali baş komandanın əmri ilə, döyüşçülərimiz Zakir Həsənovun çıxışlarının birində dediyi kimi, bayrağımızı Şuşada və Xankəndidə sancacaqlar!
Onlar bunu etməyə hazırdırlar.
Elvin Şirinli
Oxu.Az-ın məsul redaktoru
Foto: Həsən Həsənov, Nüsrət Abdullayev
www.oxu.az