Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu dəfn olunub.
APA-nın məlumatına görə, Vətən müharibəsində iştirak edən 21 yaşlı Quliyev Əkbər Güləhməd oğlu paytaxtın Yasamal rayonundakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edib.