Müxtəlif silahlanma sistemləri üçün hərbi sursatın unifikasiyası bir sıra üstünlüklərlə əlaqədardır.
İlkin olaraq, o, belə silahın istehsalının mürəkkəbliyi və dəyəri, eləcə də istifadəsində təzahür edir.
Oxu.Az Hərbi icmala istinadən xəbər verir ki, belə yanaşmanın parlaq nümunələrindən birini İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanan “Spike” (“Tikan”) raket ailəsinin yaradılmasını hesab etmək olar. 1970-ci illərin axırlarından İsrail mütəxəssisləri müxtəlif xarakteristikalı bir neçə ümumi prinsip və komponentlərə əsaslanan idarəedilən raket hazırlayıblar.

Raket ailəsinin birinci nümayəndəsi “Spike NLOS”-dur (Non-Line Of Sight – “Üfüqün arxasında”). Adından da məlum olduğu kimi bu raket qurğudan müqayisədə daha uzaq məsafədə yerləşən hədəflər üçün nəzərdə tutulub. “Spike NLOS” raketinin işlənməsinə 70-ci illərin sonunda başlanılıb və 1981-ci ildə İsrail ordusunun silah siyahısına daxil edilib.

Bununla yanaşı uzun müddət ərzində bu sistem məxfi olaraq qalıb. Onun mövcudluğu haqqında yalnız 2010-cu ildə elan edilib. Elə o zaman bu raketi potensial xarici alıcılara təklif etdilər.

“Spike NLOS” raketi bu ailədə ən ağır və iri raketdir. Onun başlanğıc çəkisi 75 kq-ya çatır, uzunluğu isə 1,5 m-dən çoxdur. Bu qabaritlər raketi, uçuşun məsafəsini 25 km-a çatdıran, bərk yanacaqlı mühərrik ilə təchiz etməyə imkan verir.

İdarəedilən sursat “Spike NLOS” ilə müxtəlif tipli hərbi hissələr təchiz edilə bilər. Hərbi tapşırıqdan asılı olaraq kumulyativ və ya qəlpə-fuqas başlıq istifadə edilə bilər.
“Spike NLOS” tərkibinə müxtəlif avadanlıqların daxil olduğu orijinal hədəfalma sistemi ilə təchiz edilir. Raket hədəfə müstəqil və ya operatorun komandası ilə istiqamətlənə bilər.

Sonuncu halda siqnalı operatorun pultuna ötürən video-sistem istifadə edilir. İdarə və hədəfalma sisteminin istifadəsi raketin tətbiqinin böyük elastikliyini təmin edir. Belə ki, operator raket buraxıldıqdan sonra hədəfi tapıb və zəbt edə, və ya raketi uçuş zamanı istiqamətləndirə bilər.

Bu zaman nəticə “atəş açdım, unutdum” prinsipi, eləcə də daha mürəkkəb “atəş açdım - istiqamətləndirdim” və “atəş açdım, qiymətləndirdim, korrektə etdim” prinsipi həyata keçirilir.
90-cı illərin əvvəlindən “Rafael” şirkəti “Spike-SR”, “Spike-MR” və “Spike-LR” raket kompleksləri hazırlayıb. Bu sistemlər bir sıra parametrlərə görə fərqlənirlər, onlar düşmənin zirehli texnikasını məhv etmək kimi ümumi təyinata malikdirlər.

“Spike” ailəsinin ən kiçik nümayəndəsi daşınan “Spike-SR” (Short Range – “Kiçik məsafə”) kompleksidir. İstifadəyə hazır vəziyyətdə kompleks 1,5 metrdən çox olmayan uzunluğa və 9 kq çəkiyə malikdir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir.

“Spike-SR” raketinin kiçildilmiş qabarit və çəkisinə görə o məhdud xarakteristikaya malikdir. Bu raket 5 m-dən 800 m-ə qədər məsafədə yerləşən hədəfləri vurmağa qadirdir.

“Spike-MR” (Medium Range – “Orta məsafə”) raketi əsas modelə daha yaxındır. “Spike-MR” kompleksi 200-2500 m uzaq məsafədə olan hədəfi məhv etməyə təyin edilib.

“Spike-LR” (Long Range – “Uzaq məsafə”) 4 km-ə yaxın məsafədə yerləşən hədəfləri vurmaq üçün vasitədir.
“Spike” ailəsindən olan tank əleyhinə komplekslər geniş yayılıblar. Bu silah İsrail və bir sıra başqa ölkələrin hərbçilərinin marağına səbəb olub. 90-cı illərin sonlarından “Spike-SR”, “Spike-MR” və “Spike-LR” sistemləri Azərbaycan, Belçika, Almaniya, İtaliya, Peru, Çili və digər Avropa və Cənubi Amerika ölkələrinə çatdırılır.
Buraxılan raketlərin ümumi sayı 10-15 mindən artıqdır.
Mini-Spike layihəsi ilk dəfə 2009-cu ildə təqdim edilib. Bu sistem təyinatına görə yaxın məsafəli hədəflər üçün nəzərdə tutulan “Spike-SR”-ə bənzəyir və oxşar xarakteristikaya malikdir.
Qeyd edək ki, bu sistemlər Azərbaycan Ordusunun arsenalında mövcuddur və Bakıda parad zamanı nümayiş etdirilib.