Türkiyə, Azərbaycan və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” adlı təlimləri başlayıb.
Bu barədə Oxu.Az Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən xəbər verir.
Təlimdə Türkiyənin 1 xüsusi təyinatlı tağımı, iki çoxməqsədli helikopteri və bir nəqliyyat təyyarəsi, Azərbaycan və Gürcüstandan isə hərəsindən1 xüsusi təyinatlı tağım iştirak edir.