Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq.
Oxu.Az xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan baş naziri, prezident, xarici işlər və müdafiə nazirləri ilə görüşündən sonra birgə bəyanat yayaraq, bildiriblər ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü planlaşdırılır.
“Həmsədrlər və Ermənistanın rəsmi şəxsləri danışıqlar prosesinin gedişinə nəzər yetirib, gələcək addımları və yaxın zamanda nazirlər səviyyəsində görüşü müzakirə ediblər.
Tərəflər həmçinin, Ermənistan-Azərbaycan sərhədində və təmas xəttindəki vəziyyətlə bağlı fikirlərini bölüşüb, konstruktiv mühitin qorunmasının vacibliyi vurğulanıb”, - bəyanatda deyilir.
Həmsədrlər Helsinki yekun aktının əsas prinsipləri ilə, o cümlədən güc tətbiq etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə əsasında tərəflərə Qarabağ münaqiəsinin sülh yolu ilə həllində kömək etməyə hazır olduqlarını bildiriblər.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq
Əli Məmmədov
www.oxu.az
Rəylər