“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2016-2017-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, hər iki ölkənin müvafiq qurumlarının hərbi strategiya və müdafiə planlaşdırması üzrə ekspertlərin görüşü keçirilib.
Bu barədə Oxu.Az-a Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə müdafiə siyasətinin planlaşdırılması, müxtəlif səviyyəli risklərin idarə olunması, müdafiə qabiliyyətinin inkişafı və digər aidiyyəti mövzular üzrə müzakirələr aparılıb.
S.B.
www.oxu.az