Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun son qarşılaşmasında “Qarabağ” və “Qəbələ” klubları üz-üzə gəliblər.
“Azərsun Arena”da keçirilən matç Qurban Qurbanovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 64-cü dəqiqədə qonaqlar açıblar. Filip Ozobiç fərqlənib. Matçın başa çatmasına dörd dəqiqə qalmış hakim “Qəbələ”nin qapısına penalti zərbəsi təyin edib. Riçard Almeyda zərbəni dəqiq yerinə yetirərək oyunda bərabərliyi bərpa edib.
Matça əlavə olunmuş dördüncü dəqiqədə Almeyda Filip Ozobiçi başla vurduğu üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
Bundan bir dəqiqə sonra isə Əfran İsmayılovun sağ cinahdan ötürməsini Dino Ndlovu qola çevirib.
Bu nəticədən sonra ağdamlılar turnir cədvəlində ilk pilləyə yüksəliblər. “Qarabağ” klubunun hesabında 31 xal var. “Qəbələ” 28 xalla ikici, “İnter” isə 24 xalla üçüncüdür.
Turnir cədvəli
| № | Komanda | Xal | Oyun |
| 1. | Qarabağ | 31 | 13 |
| 2. | Qəbələ | 28 | 13 |
| 3. | İnter | 24 | 13 |
| 4. | Kəpəz | 15 | 13 |
| 5. | Zirə | 15 | 13 |
| 6. | Sumqayıt | 14 | 13 |
| 7. | Neftçi | 9 | 13 |
| 8. | AZAL | 9 | 13 |
S.B.
www.oxu.az