Dekabr 15-də Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başa vurub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iki gün ərzində Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında ikitərəfli əməkdaşlığın geniş spektri nəzərdən keçirilib. Qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilib və İclasın nəticələrini əks etdirən yekun Protokol imzalanıb.
Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Nazirliyinin, Türkiyə tərəfdən isə Baş Qərargahın və Milli Müdafiə Nazirliyinin geniş tərkibdə nümayəndə heyətləri iştirak edib.
14.12.2015 17:18
Dekabrın 14-də Bakıda Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başlayıb.
Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, iclasda nümayəndə heyətləri Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında əməkdaşlığın cari vəziyyətini bir daha nəzərdən keçirəcəklər.
Toplantıda, həmçinin qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək.
Hərbi dialoq çəçivəsində müzakirələrə dekabrın 15-də yekun vurulacaq.